🌿 Sağlamlığın təməli təbiətdir

1 Bu bitki bəzi bölgələrdə “düyün otu” adı ilə də tanınır.

Kırkkilit Otu - Qırxbuğum

50 qr - 10 AZN

🌿 Böyrəklərin fəaliyyətini dəstəkləyir

Tərkibində flavonoidlər, tanenlər, silisium turşusu, C vitamini, üzvi turşular və mineral maddələr vardır.

🌸 Qanaxmaların azalmasına kömək

  • Qırxbuğum otu büzücü xüsusiyyətə malik olduğu üçün kiçik qanaxmaların azalmasına yardımçı ola bilər.
  • Xalq təbabətində burun qanaması, diş əti qanaması və yüngül daxili qanaxmalarda istifadə edildiyi qeyd olunur.
  • Dəmləməsi ağız və boğaz iltihablarında qarqara kimi tətbiq edilə bilər.
  • Böyrəklərin fəaliyyətini dəstəkləyir, sidik yollarının təmizlənməsinə kömək edə bilər.
  • Böyrək qumu və yüngül sidik yolu narahatlıqlarında dəmləmə şəklində istifadə olunur. Bədəndə yığılan artıq mayenin xaric olunmasına yardımçı olur.

🩺 Sümük və birləşdirici toxuma üçün faydaları

  • Qırxbuğum otu silisiumla zəngin olduğu üçün sümüklərin, oynaqların, dırnaqların və saçların möhkəmlənməsinə dəstək ola bilər.
  • Bu xüsusiyyəti ilə xüsusilə sümük zəifliyi və saç-dırnaq problemlərində xalq arasında qiymətləndirilir.
  • Antiseptik və iltihabəleyhinə təsiri sayəsində qırxbuğum otu dəri problemlərində də istifadə olunur.
  • Yaralar, səpkilər və yüngül dəri iltihablarında dəmləmə ilə kompres şəklində tətbiq edilə bilər.
  • Tərkibində flavonoidlər, tanenlər, silisium turşusu, C vitamini, üzvi turşular və mineral maddələr vardır. Bu zəngin tərkib qırxbuğum otunun sağlamlıq üçün dəyərini artırır.

🌿 Kırkkilit (Qırxbuğum) bitkisi – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 xörək qaşığı qurudulmuş kirkkilit (qırxbuğum) otu. 1 stəkan (200 ml) qaynar su. Çay kimi 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Həddindən artıq istifadə halsızlıq, mədə narahatlığı və ya təzyiqdə dəyişikliklər yarada bilər.
  • Hər bitkidə olduğu kimi, kırkkilitdə də ölçülü istifadəsi vacibdir.
  • Xüsusilə böyrək xəstəliyi, hamiləlik və xroniki sağlamlıq problemi olan şəxslər istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.