🌿 Sağlamlığın təməli təbiətdir

1 Toksinlərin orqanizmdən atılmasına dəstək verərək ümumi bədən yüngüllüyü yarada bilər.

Karahindibağ Otu - Zəncirotu

50 qr - 10 AZN

🌿 Qaraciyər sağlamlığına təsiri

Qaraciyərin təmizlənməsinə, öd ifrazının artmasına və yağların daha yaxşı parçalanmasına kömək edə bilər.

🌸 Qan təmizləyici təsiri

  • Xalq arasında zəncirotu qan təmizləyən bitki kimi tanınır.
  • Maddələr mübadiləsini sürətləndirərək bədəndəki zərərli maddələrin atılmasına kömək edə bilər.
  • Bu təsir nəticəsində dəri daha sağlam və parlaq görünə bilər.
  • Zəncirotu kökündə olan inulin maddəsi qan şəkərinin daha balanslı qalmasına kömək edə bilər.
  • Şəkər səviyyəsinə diqqət edən insanlar üçün faydalı hesab olunur. Şəkərin sürətli yüksəlməsinin qarşısını almağa dəstək ola bilər.

🩺 Sümük və əzələ sağlamlığı

  • Tərkibindəki kalsium və K vitamini sümüklərin möhkəmlənməsinə kömək edir.
  • Kalium isə əzələlərin və ürəyin normal fəaliyyətində mühüm rol oynayır.
  • Zəncirotu antioksidantlarla zəngin olduğu üçün immun sisteminin güclənməsinə dəstək verir.
  • Orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur, mövsümi xəstəliklərə qarşı müqaviməti artıra bilər.
  • Zəncirotu güclü təbii sidikqovucu təsirə malikdir. Böyrəklərin işini stimullaşdırır, bədəndə yığılan artıq mayenin və duzların xaric olunmasına kömək edir.

🌿 Zəncirotu / Karahindibağ – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 xörək qaşığı qurudulmuş zəncirotu. 1 stəkan (200 ml) qaynar su. Çay kimi 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Həddindən artıq istifadə halsızlıq, mədə narahatlığı və ya təzyiqdə dəyişikliklər yarada bilər.
  • Hər bitkidə olduğu kimi, zəncirotunda da ölçülü istifadəsi vacibdir.
  • Öd yolları problemi olanlar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər istifadə etməzdən əvvəl mütəxəssisə müraciət etməlidirlər.