🌿 Sağlamlığın təməli təbiətdir

1 Azərbaycanda və Türkiyədə “funda”, “püren”, “dağ süpürgəsi” kimi adlarla da tanınır.

Funda

50 qram - 10 AZN

🌿 Ödəmlərin azalmasında faydalı hesab edilir.

Böyrəklərin fəaliyyətini dəstəkləyir, sidik yollarının təmizlənməsinə kömək edə bilər. Xalq təbabətində böyrək qumu, sidik yollarında yanma və yüngül iltihabi hallarda çay şəklində istifadə olunur.

🌸 İltihabəleyhinə təsir

  • Flavonoidlər və fenol birləşmələri sayəsində funda bitkisi iltihabın azalmasına yardımçı ola bilər.
  • Oynaq ağrıları, revmatik narahatlıqlar və bədəndəki yüngül iltihabi proseslərdə rahatladıcı təsir göstərdiyi bildirilir.
  • Daxildən çay kimi, xaricdən isə dəmləmə ilə kompres formasında istifadə oluna bilər.
  • Funda bitkisi sidikqovucu təsiri ilə də tanınır.
  • Tanenlər mədə və bağırsaq selikli qişasını qoruyaraq həzmi daha rahat hala gətirə bilər.
  • Mədə spazmı, köp, qaz və həzm sonrası yaranan narahatlıq hissinin azalmasına kömək etdiyi qeyd olunur.

🩺 Sakitləşdirici və rahatladıcı təsir

  • Funda bitkisi sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərə bilər.
  • Stress, gərginlik və əsəbilik hallarında rahatladıcı təsiri ilə tanınır.
  • Axşam saatlarında içilən funda çayı yuxuya keçidi asanlaşdıra və zehni sakitləşdirə bilər.

🩺 Dəri və saç sağlamlığına təsiri

  • Antiseptik və iltihabəleyhinə xüsusiyyətləri sayəsində funda bitkisi dəri problemlərində də istifadə olunur.
  • Yaralar, səpkilər və yüngül dəri iltihablarında dəmləmə ilə yuma və ya kompres şəklində tətbiq edilə bilər.
  • Dərini sakitləşdirici təsir göstərdiyi bildirilir.
  • Saç dərisinin sağlam olması saç tökülməsinin azalmasında mühüm rol oynayır.
  • Funda bitkisi saç köklərini zəiflədən iltihabi halların azalmasına kömək edərək saçların daha möhkəm çıxmasına dəstək ola bilər.
  • Funda dəmləməsi ilə saçların durulanması saç tellərinin daha parlaq və yumşaq görünməsinə kömək edə bilər.
  • Dəmləmə ilə saçların yuyulması saç dərisini rahatladır və kəpək yaranma ehtimalını azalda bilər.
  • Funda bitkisi antiseptik xüsusiyyətlərə malik olduğu üçün saç dərisində yığılan artıq yağın və çirkin azalmasına kömək edə bilər.
  • Saç dərisində kəpək, qaşınma və yüngül qızartı problemleri yaşayanlar üçün funda bitkisi sakitləşdirici təsir göstərə bilər.
  • Saçı ağırlaşdırmadan təbii parlaqlıq qazandırdığı üçün xüsusilə cansız və solğun saçlarda faydalı hesab olunur.

🌿 Funda yarpağı – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 xörək qaşığı qurudulmuş funda yarpağı. 1 stəkan (200 ml) qaynar su. Çay kimi 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Həssas saç dərisi olan şəxslər əvvəlcə kiçik sahədə sınaq etməlidirlər.
  • Xüsusilə böyrək xəstəliyi olanlar, hamilə və süd verən qadınlar, eləcə də müntəzəm dərman qəbul edən şəxslər istifadə etməzdən əvvəl mütləq mütəxəssisə müraciət etməlidirlər.
  • Uzunmüddətli və çox tez-tez istifadə tövsiyə edilmir.