🌿 Sağlamlığın təməli təbiətdir

1 Tərkibində efir yağları (tujon, sineol), flavonoidlər, fenol turşuları, tanenlər, vitaminlər və antioksidant maddələr vardır.

Adaçayı

50 qr - 10 AZN

🌿 Boğaz və tənəffüs yollarına faydaları

Stress, əsəbilik və zehni yorğunluq hallarında rahatladıcı təsiri ilə tanınır.

🌸 Adaçayı ən çox boğaz ağrısı və soyuqdəymə zamanı istifadə olunur.

  • Antiseptik və iltihabəleyhinə təsiri sayəsində boğazda qıcıqlanmanı azalda, səsi rahatlaşdıra bilər.
  • Öskürək və bəlğəm zamanı tənəffüs yollarını yumşaldıcı təsir göstərə bilər.
  • Adaçayı dəmləməsi ilə qarqara etmək boğaz iltihablarında və ağız içi yaralarında faydalı hesab edilir.

🩺 Tərləmənin azalmasına təsiri

  • Adaçayı tərin həddindən artıq ifrazını azaltmağa kömək edən bitkilərdən biri kimi tanınır.
  • Xüsusilə gecə tərləməsi yaşayan insanlarda xalq arasında istifadə olunur.
  • Bu təsir onun büzücü və tənzimləyici xüsusiyyətləri ilə əlaqələndirilir.

Qadın sağlamlığında rolu

  • Xalq təbabətində adaçayı qadın sağlamlığı ilə də əlaqələndirilir. Menstrual dövrdə yaranan spazm və narahatlıqların azalmasına kömək edə biləcəyi düşünülür.
  • Həmçinin bəzi mənbələrdə hormonal tarazlığın dəstəklənməsində rolu olduğu qeyd edilir.
  • Lakin bu məqsədlə istifadə zamanı ölçüyə diqqət yetirilməlidir.

Sinir sisteminə təsiri

  • Adaçayı sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərə bilər.
  • Stress, əsəbilik və zehni yorğunluq hallarında rahatladıcı təsiri ilə tanınır.
  • Eyni zamanda diqqətin toparlanmasına və zehni aydınlığa müsbət təsir göstərə bildiyi qeyd olunur. Bu xüsusiyyəti ilə zehni fəaliyyət tələb edən dövrlərdə faydalı hesab edilir.

🌿 Adaçayı – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 xörək qaşığı qurudulmuş adaçayı. 1 stəkan (200 ml) qaynar su. Çay kimi 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Güclü təsirə malik olduğu üçün uzunmüddətli və həddindən artıq istifadəsi tövsiyə edilmir.
  • Tövsiyə olunan dozadan artıq və uzun müddət fasiləsiz istifadə edilməməlidir.
  • Hamilə qadınlar, xroniki xəstəliyi olanlar və müntəzəm dərman qəbul edən şəxslər istifadə etməzdən əvvəl mütləq mütəxəssisə müraciət etməlidirlər.