🌿 Qəbizlik probleminə dəstək
Tərkibində sennosidlər (A və B), flavonoidlər, qatran maddələri və az miqdarda efir yağları mövcuddur.
🌸 Qəbizlik zamanı qısa müddətli istifadə edilir
- Sənna yarpağının ən məşhur və geniş istifadə edilən faydası bağırsaq hərəkətlərini stimullaşdırmasıdır.
- Xalq təbabətində qəbizlik zamanı qısa müddətli istifadə edilən təbii vasitə kimi tanınır.
- Bağırsaq divarlarının hərəkətliliyini artıraraq nəcisin daha rahat xaric olunmasına kömək edə bilər.
- Sənna yarpağı bağırsaqlarda yığılan artıq tullantıların atılmasına dəstək ola bilər.
- Bağırsaqların müvəqqəti rahatlamasına və yüngüllük hissinin yaranmasına kömək edə bilər.
- Bağırsaq hərəkətlərinin artması həzm prosesinin daha nizamlı getməsinə şərait yarada bilər.
- Sinaməki bəzi hallarda uzunmüddətli hərəkətsizlik və qeyri-düzgün qidalanma nəticəsində yaranan həzm ləngiməsinin azalmasına köməkçi ola bilər.
- Bağırsaqlarda yığılan tullantılar və qazlar şişkinlik hissinə səbəb ola bilər.
Detoks təsiri ilə əlaqələndirilməsi
- Sinaməki bağırsaqların boşalmasına kömək etdiyi üçün dolğunluq və ağırlıq hissinin azalmasına dolayı təsir göstərə bilər.
- Xalq arasında sinaməki bədəni “təmizləyən” bitki kimi qəbul edilir.
- Bağırsaqların müvəqqəti təmizlənməsi nəticəsində ümumi rahatlıq və yüngüllük hissi yarana bilər.
- Detoks bitkisi adlandırılmasının əasas səbəbi əsasən bağırsaqların boşalması ilə əlaqədardır.
🌿 Bitki çayı formasında istifadə
- ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
- 1 tutam qurudulmuş sənna yarpağı - sinameki. 1 stəkan (200 ml) qaynar su. 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
- Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
- 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
- Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.
⚠️ Diqqət
- Sinaməki güclü təsirə malik bitki olduğu üçün ölçüsüz və uzunmüddətli istifadəsi tövsiyə edilmir./li>
- Davamlı istifadə bağırsaqların tənbəlləşməsinə, elektrolit balansının pozulmasına və asılılıq yaranmasına səbəb ola bilər.
- Hamilə və süd verən qadınlar, bağırsaq xəstəlikləri olan şəxslər, xroniki qəbizlik problemi yaşayanlar mütləq mütəxəssis məsləhəti olmadan istifadə etməməlidirlər.
- Uşaqlarda istifadəsi də uyğun hesab edilmir./li>
Instagram