🌿 Sağlamlığın təməli təbiətdir

1 Mədə yanması, qastritə bağlı narahatlıq, bağırsaq qıcıqlanması kimi hallarda sakitləşdirici təsir göstərə bilər.

Gülhatmi

50 qr - 10 AZN

🌿 Mədə və bağırsaq selikli qişasını qoruyucu

Mədə yanması, qastritə bağlı narahatlıq, bağırsaq qıcıqlanması kimi hallarda sakitləşdirici təsir göstərə bilər.

🌸 Ağız və diş sağlamlığı

  • Gülhatmi ən çox öskürək, boğaz ağrısı və səs tutulması zamanı istifadə olunur.
  • Tərkibindəki selikli maddələr boğazın selikli qişasını örtərək qıcıqlanmanı azalda bilər.
  • Quru və bəlğəmli öskürək zamanı yumşaldıcı təsir göstərərək rahatlama yarada bilər.
  • Xalq təbabətində soyuqdəymə və bronxit zamanı çay və dəmləmə şəklində geniş istifadə edilir.
  • Gülhatmi dərini sakitləşdirən və yumşaldan təsiri ilə tanınır.
  • Dəri qızartıları, quruluq, qaşınma və yüngül səpgilərdə xaricdən tətbiq olunan dəmləmə və kompres formasında istifadə edilə bilər.
  • Həssas və qıcıqlanmış dərinin rahatlamasına kömək edə bilər.
  • Sidik yollarında yaranan yüngül yanma və qıcıqlanma hallarında rahatladıcı təsir göstərə bilər.

🦷 Ağız və diş sağlamlığı

  • Gülhatmi dəmləməsi ağız yaxalamaq üçün istifadə edildikdə diş əti həssaslığının azalmasına və ağız içindəki qıcıqlanmanın sakitləşməsinə kömək edə bilər.
  • Xalq təbabətində afta və ağız yaralarında dəstəkləyici vasitə kimi tanınır.
  • Gülhatmi antioksidant maddələrlə zəngindir.
  • Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir, ümumi bədən tarazlığının qorunmasına dəstək verir.

🌿 Gülhatmi – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 tutam qurudulmuş gülhatmi. 1 stəkan (200 ml) qaynar su. 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Gülhatmi yumşaq təsirli bitki hesab edilsə də, ölçülü istifadə olunmalıdır./li>
  • Uzunmüddətli və nəzarətsiz istifadə tövsiyə edilmir.
  • Hamilə və süd verən qadınlar, xroniki xəstəliyi olan şəxslər və davamlı dərman qəbul edənlər istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşməlidirlər.