🌿 Sağlamlığın təməli təbiətdir

1 Xoş limon ətirinə malik olan bu bitki əsasən sinir sistemi, ürək-damar sağlamlığı və həzm sistemi üçün faydaları ilə tanınır.

Limon Melissa

40 qr - 10 AZN

🌿 Stress, əsəbilik, narahatlıq, qorxu hissi və psixoloji gərginlik zamanı rahatladıc

Müntəzəm istifadə edildikdə yuxusuzluğun azalmasına, yuxuya getmənin asanlaşmasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir. Xüsusilə sinir mənşəli baş ağrıları və gərginlik hallarında faydalı hesab olunur.

🌸 İmmun sistemini gücləndirici

  • Tərkibindəki antioksidant maddələr sayəsində orqanizmi sərbəst radikallardan qorumağa, xəstəliklərə qarşı müqaviməti artırmağa kömək edə bilər.
  • Soyuqdəymə və qrip zamanı çay şəklində istifadəsi bədəni rahatladır və sağalma prosesini dəstəkləyir.

🩺 Qadın sağlamlığı baxımından da limon melissa faydalıdır

  • Aybaşı dövründə yaranan əsəbilik, ağrı və narahatlıqların azalmasına kömək edə bilər.
  • Hormonal dəyişikliklər zamanı sakitləşdirici və balanslaşdırıcı təsir göstərə bilər.

❤️️ Ürək-damar sistemi üçün

  • Bu bitki ürək sağlamlığı üçün də mühüm əhəmiyyət daşıyır.
  • Ürək döyüntüsünün sürətlənməsi, həyəcan və stresə bağlı çarpıntı zamanı sakitləşdirici təsir göstərə bilər.
  • Qan təzyiqinin yüngül şəkildə tənzimlənməsinə və ürəyin daha rahat işləməsinə dəstək olur.

🛡️ Həzm sistemi üçün faydalıdır.

  • Mədə spazmları, köp, qaz, həzmsizlik və mədə ağrıları zamanı sakitləşdirici təsir göstərə bilər.
  • Bağırsaq fəaliyyətini tənzimləməyə və mədə rahatlığı yaratmağa kömək edir.
  • Xüsusilə stressə bağlı mədə problemlərində daha təsirli hesab olunur.

🌿 Limon melissa – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 xörək qaşığı qurudulmuş limon melissa otu. 1 stəkan (200 ml) qaynar su. Çay kimi 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Hamilə qadınlar istifadədən əvvəl mütləq həkimlə məsləhətləşməlidir
  • Hamilə və süd verən qadınlar, epilepsiya və ciddi sinir sistemi xəstəlikləri olan şəxslər istifadədən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
  • Yüksək dozada uzun müddət istifadədən çəkinmək lazımdır