🌿 Soyuqdəymə və infeksiyalara qarşı dəstək
Tərkibində polisaxaridlər, flavonoidlər, fenol turşuları, alkilamidlər və güclü antioksidantlar mövcuddur.
🌸 Enerji və ümumi gücləndirici təsir
- İmmunitetin güclənməsi ilə yanaşı, ekineziya bədənin ümumi gücünü və enerji səviyyəsini dəstəkləyə bilər.
- Xəstəlikdən sonra bərpa dövründə halsızlığın azalmasına kömək etdiyi bildirilir.
- Ekinezya güclü antioksidant mənbəyidir.
- Sərbəst radikalların hüceyrələrə verdiyi zərərin qarşısını almağa kömək edir, hüceyrələrin daha sağlam qalmasını dəstəkləyir.
- Bu təsir erkən qocalma əlamətlərinin azalmasına və ümumi sağlamlığın qorunmasına yardımçı ola bilər.
🩺 Dəri sağlamlığına faydaları
- Ekineziya dəri problemlərində də istifadə edilir.
- Sızanaq, yara, ekzema və yüngül iltihablı dəri hallarının sağalmasını sürətləndirə bilər.
- Antiseptik təsiri sayəsində dərinin bərpasını dəstəkləyir və xaricdən krem, məlhəm və ya losyon formasında tətbiq olunur.
🌿 Ekineziya bitkisi – istifadə qaydaları:
- ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
- 1 xörək qaşığı qurudulmuş ekineziya çiçəyi. 1 stəkan (200 ml) qaynar su. Çay kimi 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
- Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
- 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
- Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.
⚠️ Diqqət
- Ən çox çay, dəmləmə, yağ və məlhəm formasında istifadə olunur.
- Hər bitkidə olduğu kimi, ekineziyada da ölçülü istifadəsi vacibdir.
- Autoimmun xəstəliyi olanlar, allergiyaya meyilli şəxslər, hamilə və süd verən qadınlar istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Instagram