🌿 Sağlamlığın təməli təbiətdir

1 Çoban çantası (Capsella bursa-pastoris) xalq təbabətində çox qədimdən istifadə olunan, xüsusilə qan dövranı, qadın sağlamlığı və iltihabların azaldılması sahəsində tanınan şəfalı bitkidir.

Çoban Çantası

50 qr - 10 AZN

🌿 Ən mühüm faydalarından biri qanaxmaların azaldılmasına kömək etməsidir.

Xalq təbabətində burun qanaxmaları, diş əti qanamaları və yüngül daxili qanaxmalarda dəstək məqsədilə istifadə olunur.

🌸 Qanın laxtalanmasına və qan itkisinin qarşısını almağa kömək edir.

  • Bu səbəbdən bitki xüsusilə qadınlarda aybaşı dövründə həddindən artıq qanaxmanın azalmasında faydalı hesab edilir.
  • Aybaşı dövrünün tənzimlənməsinə, menstrual ağrıların və spazmların yüngülləşdirilməsinə kömək edə bilər.
  • Doğuşdan sonra uşaqlığın yığılmasına dəstək verdiyi və bərpa prosesini sürətləndirdiyi də qeyd olunur.
  • Xalq arasında çoban çantası çayı hormonal balansı dəstəkləyən bitkilərdən biri kimi tanınır.
  • Antiseptik xüsusiyyəti infeksiya riskini azaltmağa kömək edir.

🩺 İltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir

  • Sidik yolları iltihablarında, yüngül böyrək və sidik kisəsi narahatlıqlarında çay şəklində istifadə edilə bilər.
  • Bu təsiri sayəsində orqanizmdə iltihabın azalmasına və infeksiyalara qarşı müqavimətin artmasına kömək edir.
  • Bitki həmçinin qan təzyiqinin tənzimlənməsində dəstəkçi rol oynaya bilər.
  • Xüsusilə yüngül yüksək təzyiq hallarında sakitləşdirici təsir göstərərək damarların rahatlamasına kömək edir.

❤️️ Ürək-damar sistemininə faydası

  • Qan dövranını yaxşılaşdıraraq ürək-damar sisteminin ümumi sağlamlığını dəstəkləyir.

Həzm sisteminə də müsbət təsir

  • Bağırsaq hərəkətlərini tənzimləməyə, ishal zamanı yüngülləşdirici təsir göstərməyə kömək edə bilər.
  • Tərkibindəki taninlər bağırsaq selikli qişasını qoruyaraq həzmi yaxşılaşdırır və mədə-bağırsaq narahatlıqlarını azalda bilər.
  • Dəri sağlamlığı baxımından çoban çantası yaraların sağalmasını sürətləndirən bitkilərdən sayılır.

🌿 Çoban çantası bitkisi – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 çay qaşığı qurudulmuş çoban çantası otu. 1 stəkan (200 ml) qaynar su. Çay kimi 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Çoban çantası güclü təsirə malik bitki olduğu üçün uzun müddət və yüksək dozada istifadə tövsiyə edilmir.
  • Qan durulaşdırıcı dərman qəbul edənlər, hamilə qadınlar və ciddi xroniki xəstəlikləri olan şəxslər istifadədən əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
  • Düzgün dozada və qısa müddətli istifadə edildikdə isə çoban çantası təbii və faydalı bitkilərdən biri hesab olunur.