🌿 Sağlamlığın təməli təbiətdir

1 Peyğəmbər çiçəyi ən çox göz sağlamlığı ilə əlaqələndirilir.

Peyğəmbər çiçəyi

50 qr - 10 AZN

🌿 Xalq təbabətində göz yorğunluğu, qızartı və yüngül qıcıqlanma zamanı istifadə edilir.

Tərkibində flavonoidlər, antosianinlər, fenol birləşmələri, efir yağları, taninlər və antioksidant maddələr mövcuddur.

👁️ Göz sağlamlığına faydaları

  • Dəmləməsi göz ətrafına kompres kimi tətbiq olunduqda rahatladıcı təsir göstərə bilər.
  • Uzun müddət ekrana baxmaqdan yaranan göz yorğunluğunun azalmasına kömək edə biləcəyi bildirilir.
  • Bitkinin tərkibində olan flavonoid və fenol birləşmələri iltihabın azalmasına kömək edə bilər./li>
  • Bu təsir həm dəri üzərində, həm də daxildən qəbul zamanı özünü göstərə bilər.
  • Yüngül iltihabi hallarda dəstəkləyici bitki kimi istifadə olunur.
  • Peyğəmbər çiçəyi güclü antioksidant maddələrlə zəngindir.
  • Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyaraq erkən yaşlanmanın qarşısının alınmasına kömək edə bilər.
  • Peyğəmbər çiçəyi dəmləməsi üz üçün tonik kimi istifadə edildikdə dərinin daha təravətli görünməsinə kömək edə bilər.

Sakitləşdirici və rahatladıcı təsir

  • Peyğəmbər çiçəyi sinir sisteminə yumşaq təsir göstərərək stress və gərginliyin azalmasına kömək edə bilər.
  • Rahatladıcı çay kimi istifadə edildikdə zehni sakitlik yarada bilər.
  • Mədə-bağırsaq fəaliyyətinin tənzimlənməsinə, yüngül həzm narahatlıqlarının azalmasına kömək edə bilər.
  • Bu bitki dərini sakitləşdirən və tonus verən təsiri ilə kosmetik sahədə də istifadə olunur.
  • Dəri qızartıları, həssaslıq, yüngül səpgilər və yorğun dəri görünüşündə rahatladıcı təsir göstərə bilər.
  • Peyğəmbər çiçəyi dəmləməsi üz üçün tonik kimi istifadə edildikdə dərinin daha təravətli görünməsinə kömək edə bilər.

🌿 Peyğəmbər çiçəyinin – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 tutam üyüdülmüş peyğəmbər çiçəyi. 1 stəkan (200 ml) qaynar su. 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Peyğəmbər çiçəyi ümumilikdə yumşaq təsirli bitki hesab edilsə də, ölçülü istifadə olunmalıdır./li>
  • Hamilə və süd verən qadınlar, xroniki xəstəliyi olan şəxslər və allergiyaya meyilli insanlar istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti almalıdırlar.