🌿 Sağlamlığın təməli təbiətdir

1 Çarkıfelek bitkisinin ən məşhur faydası sinir sisteminə müsbət təsiridir.

Çarkıfelek

50 qr - 10 AZN

🌿 Çarkıfelek bitkisinin ən məşhur faydası sinir sisteminə müsbət təsiridir.

Tərkibində flavonoidlər, alkaloidlər, fenol birləşmələri, glikozidlər və müxtəlif antioksidant maddələr mövcuddur.

❤️️ Ürək-damar sisteminə dəstək

  • Stress, gərginlik, əsəbilik və daxili narahatlıq hissinin azalmasına kömək edə bilər.
  • Sinir sisteminin sakitləşməsi ürək fəaliyyətinə də müsbət təsir göstərə bilər.
  • Çarkıfelek gərginliyə bağlı ürək döyüntülərinin azalmasına və ümumi rahatlama hissinin yaranmasına kömək edə bilər.
  • Ürək döyüntüsü, daxili sıxıntı və səbəbsiz təşviş hallarında rahatladıcı təsir göstərə bildiyi qeyd olunur.
  • Sinir sistemini tarazlayaraq psixoloji rahatlıq yarada bilər.
  • Çarkıfelek sinir sistemini sakitləşdirdiyi üçün stressə bağlı mədə ağrıları, spazm və həzm narahatlıqlarının azalmasına dolayı yolla kömək edə bilər.
  • Xalq arasında çarkıfelek bitkisinin qadınlarda menstrual dövrdə yaranan əsəbilik, gərginlik və yüngül sancıların azalmasına kömək etdiyi bildirilir.
  • Hormonal dəyişikliklər zamanı bədəni sakitləşdirici təsir göstərə bilər.

🌿 Çarkıfelek – istifadə qaydaları:

  • ☕ Çay şəklində istifadə: Ən geniş yayılmış və təhlükəsiz istifadə formasıdır.
  • 1 tutam qurudulmuş çarkıfelek çiçəyi. 1 stəkan (200 ml) qaynar su. 10–15 dəqiqə dəmlənir. Süzülərək içilir.
  • Gündə 1–2 dəfə. Yeməkdən sonra içilməsi tövsiyə olunur. Axşam saatlarında içilə bilər.
  • 2–3 həftəlik kurs şəklində istifadə edilir. 7–10 gün fasilə verildikdən sonra yenidən davam etmək olar.
  • Qastrit və mədə yanması zamanı ilıq halda içilməsi məsləhətdir.

⚠️ Diqqət

  • Çarkıfelek ümumilikdə yumşaq təsirli bitki hesab edilsə də, ölçülü istifadə olunmalıdır.
  • Hamilə və süd verən qadınlar, xroniki xəstəliyi olan şəxslər və müntəzəm dərman qəbul edənlər istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
  • Uzunmüddətli və nəzarətsiz istifadə tövsiyə edilmir.